Ərdoğan: “Hələlik “Taliban”ın verdiyi təmkinli mesajları təqdir edirik”

Türkiyə müvafiq şərtlər daxilində gələcəkdə də Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün vəzifəsini davam etdirə bilər

Türkiyə müvafiq şərtlər daxilində gələcəkdə də Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün vəzifəsini davam etdirə bilər.

APA-nın  Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara bizim dəstəyimiz lazımdır

Ərdoğan Türkiyənin üzərinə götürdüyü bu məsuliyyətin beynəlxalq ictimaiyyət və Əfqanıstan xalqı başda olmaqla, bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Türkiyə dövlət başçısı hələlik "Taliban" tərəfindən verilən təmkinli mesajları təqdir etdiklərini bildirib. O, "Taliban"ın keçmiş səhvlərini təkrarlamamasının, bütün etnik qruplara qarşı anlayışla davranmasının və vədlərini yerinə yetirməsinin vacib olduğunu da qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31