Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara bizim dəstəyimiz lazımdır

Daima xəstəxananın yanında olmaq məcburiyyətindən Həsən öz anası ilə birlikdə Bakıda kirayə yaşayır

Hörmətli dostlar,

Ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara bizim dəstəyimiz lazımdır. Gəlin onlara kömək əlimizi uzadaq, dəstək edək!

7-yaşlı Həsən Yusifov kəskin qan xərçəngi xəstəliyindən əziyyət çəkir. Daima xəstəxananın yanında olmaq məcburiyyətindən Həsən öz anası ilə birlikdə Bakida kirayə yaşayır. Atasız böyüyən balaca igid son il ərzində çoxsaylı kimyaterapiya kursları almışdır və müalicə müsbət təsiri göstərir. Amma tam sağalması üçün uşağa çoxlu güclü və bahalı dərmanlarına, o cümlədən "Vinkiristin" (ədədi 64 manat), "Kordexa" (ədədi 31 manat) böyük ehtiyac var. Hazırda növbəti müalicə kursunun keçirilməsi üçün Həsənə və ona tək baxan anasına bizim köməyimiz lazımdır.  

4-yaşlı Əfrasiyab Məcidli kəskin limfoblast leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Həkimlərin dediklərinə görə, xəstəlik ağır olduğuna baxmayaraq, uşağın tam sağalma şansı böyükdür. Hazırda uşaq əsas kimyaterapiya ilə yanaşı, "Tioguanine" (360 AZN) və Hepatitə qarşı (230 AZN) bahalı dərmanları daimi qəbul edir. Eyni zamanda Əfrasiyabın balaca qardaşı ürək qüsurundan əziyyət çəkirvə təəssüf ki, hər iki uşağın müalicə xərcləri ailə artıq ödəyə bilmir.

Əzin dostlar! Gəlin biz hamınız birləşərək və bacardığımız qədər kömək edərək, bu balaca uşaqlara sağlam yaşamağa şansı verək! Dost-tanışla, xeyyirə cəmiyyətlərlə və Fondlarda çalışan insanlarla paylaşaq, bu uşaqların taleyinində azca da olda, iştirak edək!

Həsənin anası ilə əlaqə: (055) 230-20-18

Kömək etmək: Kapital Bank kartı: 4169 7413 7291 4638 (Nasimi Nazirov, uşağın dayısı).

"MilliÖn" ödəmə terminalı: "Bank Xidmətləri", "Kapital Bank", "Hesaba mədaxil", "Hesab 4169 7413 7291 4638"  (Nəsimi Nəzirov, uşağın dayısı)

Əfrasiyab haqqında məlumat:

https://1news.az/news/20210525053410885-Prizyv-o-pomoshci-Roditeli-4-letnego-Afrasiyaba-Nam-uzhe-nechego-prodavat-FOTO

(055) 801 63 13, atası Məcid Məcidov

(055) 758 94 88, anası Tünzalə Məcidova

Kömək etmək: anasının Kapital Bank kart 4169 7414 4726 3011 (Tunzale Mecidova)

MilliÖn və E-manat ödəmə terminalı vasitəsi ilə: "Bank Xidmətləri", "Kapital Bank", "Hesaba mədaxil", "Hesab 4169 7414 4726 3011"  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31