Şakira Pikenin maaş qərarına münasibət bildirdi
Tanınmış Kolumbiyalı müğənni Şakira həyat yoldaşı, "Barselona" klubunun kapitanı Pikenin maaşının azalmasına öz münasibətini bildirib
17 Avqust 2021 21:19 DünyaTanınmış Kolumbiyalı müğənni Şakira həyat yoldaşı, "Barselona" klubunun kapitanı Pikenin maaşının azalmasına öz münasibətini bildirib.
Fanat.Az xəbər verir ki, dünya şöhrətli müğənni bu barədə öz "İnstagram" səhifəsində paylaşım edib:
"Səninlə fəxr edirəm. Sənin klubun da bizim kimi, ailəndir. Klubun bu ağır dönəmində sənə güvənə biləcəyi üçün səninlə qürur duyuram".
Xatırladaq ki, Memfis Depay (Memphis Depay) və Erik Qarsiyanın (Erik Garcia) La Liqada çıxış edə bilməsi üçün 34 yaşlı futbolçu maaşının azalmasına razılıq verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31