Peyvənddən 3 dəfə imtina edən 26 yaşlı Lalə ÖLDÜ

Türkiyənin Samsunun Bafra mahalında yaşayan 26 yaşlı Lalə Duran, koronavirusdan həyatını itirib

Türkiyənin Samsunun Bafra mahalında yaşayan 26 yaşlı Lalə Duran, koronavirusdan həyatını itirib.

Gənc qız ailə üzvləri arasında peyvənd vurdurmayan yeganə insan olub. Buna baxmayaraq, 3 dəfə ünvana qədər gələn peyvənd vurma qruplarından da imtina edib.

Ermənistanda rus qızlarını belə təhqir etdilər – VİDEO

Səhiyyə Nazirliyi tərəfindən açıqlanan 31 iyul - 6 avqust xəstəlik xəritəsində Samsunda xəstəliyə yoluxanların sayının çoxaldığı bildirilib. Məhz 26 yaşlı qızın ölümü də kədərli hadisələrdən biri kimi qiymətləndirilib.

Qızın virusa ana və atası ilə birlikdə getdiyi yas məclisində yoluxması ehtimal olunur. Məclisdən gələndən sonra vəziyyəti pisləşən Laləni dərhal ​​Bafra Dövlət Xəstəxanasına yerləşdiriblər. Burada reanimasiya şöbəsində müalicə alan qızın, müdaxilələrə baxmayaraq, həyatını xilas edə bilməyiblər.

Həyatını itirən gənc Lalə Bafra Altınay Məhəlləsindəki məzarlıqda dəfn edilib. //Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31