Ərdoğandan Əfqanıstan açıqlaması

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın sıfarişilə hazırlanmış ilk patrul gəmisinin suya salınması mərasimində iştirak edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın sıfarişilə hazırlanmış ilk patrul gəmisinin suya salınması mərasimində iştirak edib.

"Haber Global" bildirir ki, dövlət başçısı gündəmə dair maraqlı açıqlamalar verib.

Ərdoğan Pakistanla qardaşlıq münasibətlərinin tarixin dərin keçmişinədək uzandığını, məhz bu ölkənin sifarişilə Türkiyədə dörd ədəd "Milgem" patrul gəmisinin hazırlanacağını qeyd edib.

Prezident İlham Əliyev: Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi

Prezident çıxışında Əfqanıstanda baş verən son hadisələrə də toxunub.

"Son zamanlar qarşıdurmanın şiddətləndiyi Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında Pakistanın üzərinə həyati əhəmiyyətli vəzifələr düşür. Türkiyə İran vasitəsilə gerçəkləşən və intensivləşən əfqan miqrantları dalğası ilə üz-üzədir", - deyə Ərdoğan bəyan edib.

O, Əfqanıstanda sabitliyin bərpası üçün Türkiyənin əlindən gələni etməkdə davam edəcəyini vurğulayıb.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31