Xankəndində kütləvi mənzil satışı: Təklif çox, alıcı yox – VİDEO
Rusiya sülhməramlılarının müvəqqəti cavabdehliyi zonasında yerləşən Xankəndi şəhərində əsl mənzil satışı bumu yaşanır
12 Avqust 2021 22:57 DünyaRusiya sülhməramlılarının müvəqqəti cavabdehliyi zonasında yerləşən Xankəndi şəhərində əsl mənzil satışı bumu yaşanır.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti süjetdə bildirilir.
"Mənzil satışı bumu əhalinin kütləvi köçünün göstəricisidir. Rusiya sülhməramlılarının gec-tez bu əraziləri tərk edəcəyini anlayan ermənilər mənzillərini tələsik satışa çıxarırlar. Bunu görmək üçün belə elanlarla zəngin olan erməni saytlarına nəzər salmaq kifayətdir", - deyə videomaterialda qeyd olunur.
Daha ətraflı "Caliber"in süjetində:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31