"Al Jazeera": Taliban Qəndəhar şəhərinə nəzarəti ələ keçirib

"Taliban" Hərəkatı Əfqanıstanın cənubunda ölkənin ikinci ən böyük şəhəri olan Qəndəhara nəzarəti ələ keçirib

"Taliban" Hərəkatı Əfqanıstanın cənubunda ölkənin ikinci ən böyük şəhəri olan Qəndəhara nəzarəti ələ keçirib.

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Qəndəhar aeroportu da fəaliyyətini dayandırıb.

Damla bu görüntülərini hər yerdən sildirir - SİLİNMƏDƏN İZLƏYİN! - VİDEO

"Taliban" Hərəkatının artıq ölkənin üçüncü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin etdiyi, şəhərdəki polis idarəsinin binasını zəbt edildiyi bildirilir.

Qeyd edək ki, iyulun əvvəlindən başlayaraq "Taliban" Hərəkatı İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəddəki rayonları ələ keçirib. Eyni zamanda, bir sıra vilayət mərkəzləri - Cauzcan, Sari-Pul, Qunduz, Nimroz, Taxar, Samanqan və Farah şəhərləri taliblərin nəzarətinə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31