2 aylıq körpə liftdə faciəvi şəkildə öldü - VİDEO
Qəfil hərəkət edən liftin çardağında ilişib qalan körpə ölüb
12 Avqust 2021 19:16 DünyaQəfil hərəkət edən liftin çardağında ilişib qalan körpə ölüb.
Türkiyə mediası xəbər verir ki, dəhşətli hadisə Tekirdağda baş verib.
Evdən çıxmağa hazırlaşan qadın uşağını liftə qoyarkən lift qapısı bağlanmadan anidən yuxarıya doğru hərəkət etməyə başlayıb. Uşaq arabasında olan 2 aylıq körpə liftlə tavan arasında qalıb, daha sonra isə 6 metr yüksəklikdən boşluğa düşüb.
Bütün müdaxilələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Dəhşətli anlar kameralarda düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31