ÜST: Gələn ilin əvvəlində dünyada koronavirusa yoluxanların sayı 300 milyonu keçə bilər

İndiki infeksiyanın yayılma sürətini dayandırmaq olmazsa, gələn ilin əvvəlində dünyada koronavirusa yoluxmuş insanların sayı 300 milyonu keçə bilər

İndiki infeksiyanın yayılma sürətini dayandırmaq olmazsa, gələn ilin əvvəlində dünyada koronavirusa yoluxmuş insanların sayı 300 milyonu keçə bilər.

APA xəbər verir ki, bu barədə çərşənbə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

SON DƏQİQƏ- Azərbaycan İRANA NOTA VERİB

O xatırladıb ki, keçən həftə pandemiyanın başlanğıcından bəri dünyada COVID-19-a yoluxanların sayı 200 milyonu keçib və bu, dünya üzrə virusa yoluxanların sayının 100 milyon həddini keçdikdən cəmi altı ay sonra baş verib: "Virusun yayılmasının mövcud trayektoriyası ilə gələn ilin əvvəlində 300 milyon həddi keçə bilərik. Bəşəriyyət bu tendensiyanı dəyişə bilər".

Xatırladaq ki, bu günə olan statistikaya görə, dünyada koronavirus xəstələrinin sayı 204 998 803-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31