İkinci Rus Il-76 təyyarəsi meşə yanğınlarını söndürmək üçün Afinaya gəldi
Prezident Vladimir Putin, Yunanıstan respublikasının təcili müraciəti ilə bağlı olaraq, respublikanın mərkəzi bölgələrində yanğınla mübarizə aparan rus qrupunu artırmağı tapşırdı
11 Avqust 2021 12:40 DünyaPrezident Vladimir Putin, Yunanıstan respublikasının təcili müraciəti ilə bağlı olaraq, respublikanın mərkəzi bölgələrində yanğınla mübarizə aparan rus qrupunu artırmağı tapşırıb
Olaylar.az. Tass- a istinadən xəbər verir ki, İkinci Rus Il-76 təyyarəsi, Yunanıstanda meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün çərşənbə axşamı Afinanın beynəlxalq hava limanına gəlib.. Bu barədə TASS müxbirinə Yunanıstanın Mülki Müdafiə Baş Katibliyindən məlumat verilib.
Bildirilir ki, Yunanıstanda 10 gündən çoxdur ki, anormal hava şəraiti davam edir. Termperatur bəzi yerlərdə 47 dərəcəyə qədər yüksəlib.Bu səbəbdən meşə yanğınları baş verib. Rusiyanın Be-200ES təyyarəsi iyunun sonundan bu günə kimi ölkədədir. Hər gün böyük yanğınların söndürülməsində iştirak edir. Yunan mətbuatının yaydığı məlumata görə, Rusiya amfibiya təyyarəsi yanğına qarşı mübarizədə yüksək səmərəlilik nümayiş etdirib. Həmçinin yanğına qarşı mübarizədə iştirak edəcək iki Mi-8 vertolyotu , An-124 nəqliyyat təyyarəsinin göndərilməsi də nəzərdə tutulub.