42 nəfər meşə yanğınlarında HƏLAK OLDU

Əlcəzairdə insanları meşə yanğınlardan xilas edən 25 yanğınsöndürən alovun qurbanı olub. Mülki şəxslər arasında ölənlərin sayı isə 17 nəfərə çatıb.

Əlcəzairdə insanları meşə yanğınlardan xilas edən 25 yanğınsöndürən alovun qurbanı olub. Mülki şəxslər arasında ölənlərin sayı isə 17 nəfərə çatıb.

Bu barədə Əlcəzairin 74 yaşlı prezidenti Abdülməcid Təbbun özünün "Twitter" səhifəsində yazıb.

Əlcəzairin Müdafiə Nazirliyindən verilən məlumatda isə meşə yanğınları söndürərkən daha 11 əsgərin yaralandığını, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Jurnalistlərə açıqlama verən Əlcəzairin Baş naziri Ayman Benabderrahman söyləyib ki, hökumət yanğınların söndürülməsi üçün digər dövlətlərdən yardım istəyib və hazırda xarici tərəfdaşlarla danışıqlar aparılır. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31