Rusiyanın YENİ PLANI "başımız ağrıyacaq"

Rusiyanın yeni nəsil yüngül taktiki təyyarəsi “Su-75” sayəsində havada və geosiyasi arenada ABŞ-la rəqabətə girə biləcək.

Rusiyanın yeni nəsil yüngül taktiki təyyarəsi "Su-75" sayəsində havada və geosiyasi arenada ABŞ-la rəqabətə girə biləcək.

Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, "The Wall Street Journal" "Su-75" təyyarəsinin ABŞ-ın başağrısına çevriləcəyini iddia edib.

"Su-75" dünyanın ən inkişaf etmiş radar və gizli texnologiyasına malik ikinci təkmühərrikli döyüşçü qırıcısı ola bilər", - məqalədə qeyd olunub.

Rus qırıcı təyyarələrinin yeganə rəqibinin ABŞ ordusunun inventarındakı "F-35" olacağına diqqət çəkilən məqalədə bildirilib ki, dünyada Amerika təyyarələrinə tələbat var, Vaşinqton nəinki silah ixracından gəlir əldə edir, həm də bunların sayəsində diplomatik məqsədlərinə çata bilir.

Qəzet Rusiyanın ABŞ-la müdafiə sahəsində əməkdaşlıq edən BƏƏ, Argentina, Hindistan və Vyetnam kimi ölkələrdə "Su-75" qırıcısı təklif etməyi planlaşdırdığına diqqət çəkib.

Nəşr "Su-75"-in strateji meydanında ABŞ-a meydan oxumağı hədəflədiyini yazıb.

Rusiya dövlət müdafiə şirkəti "Rostex"in prezidenti Sergey Çemezov yeni qırıcının qiymətinin təxminən 30 milyon dollar olacağını açıqlayıb. O, "Su-75"-in Amerikanın "F-35" təyyarələrinə 120 milyon dollar verə bilməyən ölkələrin diqqətini çəkəcəyini bildirib.

Yeni beşinci nəsil "Su-75" təyyarəsinin prototipi ilk dəfə MAKS-2021 Beynəlxalq Aviasiya və Kosmos Sərgisində nümayiş etdirilib. Yeni təyyarənin ilk növbədə Yaxın Şərq, Asiya, Şimali Afrika və Latın Amerikası ölkələrinə ixrac edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31