BMT-dən dünyanı qorxudacaq hesabat: “Zaman bitmək üzrədir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) qırmızı kod adı altında  dünyanı gözləyən ciddi fəalkətlərlə bağlı hesabatı açıqlanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) qırmız kod adı altında  dünyanı gözləyən ciddi fəalkətlərlə bağlı hesabatı açıqlanıb.  Mütəxəssislər  hesab edir ki, əgər dünyanı gözləyən bəlaya qarşı bir araya gəlinməzsə, yaxın 10 ildə  dünya ciddi fəlakətlə qarşı-arşya qalacaq və o zaman kimsə bunun öhdəsindən gələ bilməyəcək. Odur ki,  ötən hər gün ziyanımıza işləyir.

"Ölkə.Az" xəbər verir ki, dünyanı sel daşqınları, yanğınlara cənginə aldığı bir zamanda BMT-nin yaydığı hesabatda bəşəriyyəti qorxudacaq  xəbərdarlıqlar yer almaqdadır. 

Türkiyənin "Milliyet" qəzetinin yazdığına görə, BMT İqlim dəyişikliyi ilə bağlı hökumətlərarası  panelinin (İPCC) yaydığı 42 səhifəlik  hesabatda iqlim dəyişikliyinin sürətlə dəyişdiyi barədə xəbərdarlıq edilib. 

Vaxtın daraldığı qeyd olunan hesabatda bildirilir ki, havanın istiləşməsinə səbəb olan qazların havaya buraxılması davam edərsə, 10 ildən sonra havanın temperature ciddi şəkildə dəyişəcək və anomal istilərlə müşaiyət olunacaq.  Artıq bəhanəyə yer yoxdur.

Məsələ ilə bağlı mövqeyini açıqlayan BMT Baş katibi Antonio Quttereş  bəyan edib ki, əgər indi güclərimizi bir araya gətirə bilsək, iqlim dəyişkiliyinin törədə biləcəyi fəlakətlərin qarşısını ala bilərik: "Açıqlanan hesabatda  da  hər şey aydın görnür ki,  gecikmə üçün hər hansı  səbəb və  bəhanə yoxdur". 

Son illərdə hava tempraturunun sürətlə qızması ciddi təbii fəlakətlərə yol açıq. İstər Yunanıstan, istərsə də Şimali Amerikanın qərbindəki kimi isti dalğaları olsun, istər  Almaniya və Çindəki kimi daşqınlar olsun, bu hadisələr son 10 ildə insan  həyatına ciddi təsirlər göstərməyə başlayıb. Qlobal isinmə  artıq dünyada törətdiyi fəsadlar başlayıb. Məhz bunun nəticəsidir ki,  milyonlarla sakini olan iki böyük şəhər yox olmaq üzrədir. Çünki anomal istilər insan həyatını təhdid etdiyindən onların təhliskəsizliyinə ciddi problemlər yaratmaqdadır.  Qlobal istiləşmə nəticəsində həm də su problem yaradır ki, bu da insan həyatı üçün nə qədər önəmli olduğu hamıya bəllidir. 

Alimlər hesab edir ki, bioçeşidliyin azalması səbəbindən  dünyada ciddi su problem yaradır  və bu da nəticə etibarı ilə  yaxın gələcəkdə milyonlarla insanın susuz yerlərdən dünyanın digər yerlərinə kütləvi köçünə səbəb olacaq. Digər tərəfdən isə qütblərdəki buzlaırn əriməsi dəniz və ocean sahillərindəki yaşayış məntəqlərini təhlükə ilə qarşı-qarşıya qoyacaq. Ona görə də elm adamları dünya birliyini vaxt itirmədən hərəkətə keçməsini zəruri sayır. 

İngiltərənin "Telegraph" qəzetinin yazdığına görə, susuzluk problem nəticəsində Asiyanın  iki iri şəhərində həyat sönmək üzrədir. Bunlardan biri Pakistanın Sindh vilayətindəki 2 milyon əhalisi olan Jacobabad şəhəri. Digəri isə Birləşmiş ərəb Əmirliyinin Şarika şəhəridir. 

Son illərdə Pakistanın şərqində yerləşən Jacobabad şəhərində havanın tempraturu 50-55 dərəcəyə qalxması  insanların həm təhlükəsizliyinə, həm də yaşam tərzində təhlükə yaratmaqdadır. Belə ki, insanlar sərinləşmək üçün  kondinsionerlərdən istifadə etdiyindən şəhərdə tez-tez elektrik enerjisi kəsilir. Digər tərəfdən isə susuzluq ciddi problemə çevrilib.  Bu ildə havalaırn həddindən artıq isti olması şəhər əhalisinin həyatını təhlükə qarşısnda qoyub.  Pulu olan şəhər sakinləri artıq dəniz sahilindəki Kəraçiyə və Quetə köç edir. Köçə bilməyənlər isə Günəş panellərindən istifadə etməklə alternative enerji mənbəyini təmin edir. 

Birləşmiş Ərəbə Əmirliyinin  (BƏƏ)  Bəsrə körfəzi yaxınlığındakı Şarika şəhəridir. Şarika BƏƏ-nin digər inkişaf etmiş və çoxsaylı  göydələnlər inşa edilən bir şəhər olsa da, anomal istilər şəhər əhalisinin həyatına ciddi təhlükə yaratmaqdadır. Onu da qeyd edək ki Şarika  Abu Dabi, Dubay. Acman,  Füceyrə, Ümmü el-Kayveyn və Reis el-Hayme ilə birlikdə BƏƏ-nin 7 əmirliyindən biridir. Burada 1 milyon 250 min insan yaşayır. Ancaq ciddi iqlim dəyişikliyi buradakı insanlar üçün ciddi problemlərə çevrilib.  Mütəxəssislər qeyd edir ki, iqlim dəyişikliyi bu cür davam edərsə və yandırıcı istilər davam edərsə Şakira əylaətindən də kütləvi köç başlayacaq.  Sadəcə bu yaxınlarda Duayda süni yağış yağdırılması Şarika əhalisi üçün ümid yaradır. 

Elm adamlarının dediyinə görə, qlobal istiləşmə daha çox Asiya və Afrikada ciddi fəlakətlərə yol açması gözlənilir. Bu da öz növbəsində kütləvi köçə səbəb olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31