Əfqanıstanda daha iki əyalət “Taliban” Hərəkatının nəzarətinə keçib
Əfqanıstanda daha iki əyalət “Taliban” Hərəkatının nəzarətinə keçib.
7 Avqust 2021 19:25 DünyaƏfqanıstanda daha iki əyalət "Taliban" Hərəkatının nəzarətinə keçib.
"RİA Novosti"nin verdiyi məlumata görə, "Taliban" Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz və ölkənin şimalında yerləşən Cauzcan əyalətlərinin nəzarətlərinə keçdiyini bəyan edib.
Əfqanıstanın "Tolo News" telekanalı da döyüşlərin getdiyi Cauzcan əyalətinin mərkəzi Şiberqan şəhərinin artıq "Taliban" Hərəkatının nəzarətinə keçdiyi və bununla əlaqədar şəhərdə radio və televiziya yayımının dayandığı barədə məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31