Ermənistanda partlayış baş verib, hərbçi və daha bir nəfər həlak olub

Ermənistanın Gümrü şəhərində partlayış olub

Ermənistanın Gümrü şəhərində partlayış olub.

Bu barədə "Armenpress" Şirak əyalətinin prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şəhərdəki həyətlərdən birində baş verb. Nəticədə 2 nəfər həlak olub.

Əyalətin prokuroru Qurgen Qriqoryan bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Onun sözlərinə görə, həlak olanlar gənc cütlükdür. "İlkin məlumata görə, ölən kişi hərbçidir. Hazırda istintaq tədbrləri həyata keçirilir", - deyə prokuror qeyd edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31