Baydenə gələn gizli məktub belə ifşa edildi - FOTO + VİDEO
ABŞ prezidenti Co Bayden qubernatorlarla onlayn görüşü zamanı köməkçisindən "Cənab, çənənizdə bir şey var" qeydi olan məktub alıb
1 Avqust 2021 19:46 DünyaABŞ prezidenti Co Bayden qubernatorlarla onlayn görüşü zamanı köməkçisindən "Cənab, çənənizdə bir şey var" qeydi olan məktub alıb.
Sonxeber.az xəbər verir ki, bununla bağlı kadrları "The New York Post" məlumat verib.
Məlumata görə, Ağ Evdən yayımlanan görüş zamanı Bayden köməkçisindən sözügedən məktubu alıb.
Jurnalistlər prezidentin səhər yeməyi üçün yumurta yediyi və üzündə kiçik bir parçası qaldığını ehtimal ediblər.
Kadrlardan görünür ki, mesajı oxuduqdan sonra prezident barmaqları ilə çənəsini silir. Məktubun mətni isə prezident həmin kağızın arxasına köməkçisinə cavab yazarkən görüntülənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31