Ermənistanda koronavirusa yoluxanların sayı artır: daha 458 nəfər

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 458 yoluxma halı qeydə alınıb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 50 359 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 959 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31