Putindən bədbin açıqlama: “Vəziyyət getdikcə pisləşir”

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirusun yayılması ilə əlaqədar ölkədə vəziyyətin getdikcə pisləşdiyini söyləyib.

Turkustan.info xəbər verir ki, Putin son vəziyyəti qiymətləndirmək üçün videokonfranslar vasitəsilə rəsmilərlə görüşüb. "Vəziyyətin hər gün dəyişdiyini və təəssüf ki, getdikcə daha da pisləşdiyini görürük. Xəstələrin sayı, xüsusilə ağır vəziyyətdə olanların sayı artır" deyən Putin, obyektiv qiymətləndirməyə ehtiyac olduğunu bildirib. Ölkədəki bütün səhiyyə sisteminin vahid bir mexanizm olaraq işləməsinin vacibliyini vurğulayan Putin əlavə edib ki, zərurət yarandıqda, Müdafiə Nazirliyinə aid imkanlar da koronavirusla mübarizə üçün istifadə edilə bilər.

Bu saata Rusiyada koronovirusa 18,328 nəfər yoluxma qeydə alınıb. Onlardan 148-i ölüb,  1470-i sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31