Rusiyada yanğın 8 nəfərin həyatına son qoyub

Rusiyada yanğın 8 nəfərin həyatına son qoyub

REAL-ın Rusiya Bürosu xəbər verir:

Moskva vilayərinin Ramenski rayonunda böyük yanğın baş verib. 240 kvadratmetr ərazini əhatə edən yanğın istixana kompleksini tamamilə məhv edib.

Bu barədə Rusiya Fövqaladə Hallar nazirliyi məlumat yayıb.

Məlumatda 8 nəfər işçinin yanğın nəticəsində öldüyü və bir nəfərin xəstəxanaya yerləşdiyi bildirilib. Rusiya mətbuatının verdiyi məlumata əsasən ölənlər Tacikistan vətəndaşlarıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31