Köpək balığının mədəsindən barmağında nişan üzüyü olan insan əli çıxdı - FOTO
Köpək balığının mədəsindən barmağında nişan üzüyü olan insan əli çıxdı - FOTO
7 Noyabr 2019 14:49 DünyaKöpək balığının mədəsindən barmağında nişan üzüyü olan insan əli çıxıb.
Hind okeanındakı adaların birində dincələn turisti köpək balığı parçalayıb.
Kimsəsiz adada köpək balığına yem olan şəxsin adı açıqlanmasa da, onun ingilis əsilli olduğu deyilir.
44 yaşlı kişi Şotlandiyada doğulub. O, xanımı ilə birlikdə Hind okeanındakı adanın yaxınlığında üzərkən köpək balığı onu yeyib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl bir qadın polisə müraciət edərək ərinin adada itkin düşdüyünü söyləyib.
milli.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31