Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb
Saxta spirtli içkilərdən 27 nəfər zəhərlənib - Onlardan 3-ü ölüb
7 Noyabr 2019 13:54 Dünyaİranın şimal-şərqində Şimali Xorasan vilayətində spirtli içkilərdən 27 nəfər zəhərlənib.
Bunu İranın Şimali Xorasan vilayətinin polis rəisi Əlirza Məzahiri deyib.
Ə.Məzahirinin sözlərinə görə, ötən ay ərzində baş verən zəhərlənmələr zamanı 3 nəfər həlak olub, bir nəfər isə görmə qabiliyyətini itirib.
Aparılan əməliyyat çərçivəsində 4 nəfər saxlanılıb. Spirtli içkilərin hazırlanmasında istifadə olunan 1 473 litr metanol aşkarlanaraq götürülüb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31