Britaniyada qeyri-adi göbələk tapılıb - "şeytanın barmaqları" - FOTO

Britaniyada qeyri-adi göbələk tapılıb - "şeytanın barmaqları" - FOTO

İngiltərənin "Dolberi-Uorren" qoruğunda çox nadir Anturus Arçera göbələyi tapılıb. Qeyri-adi görünüşünə görə onu "şeytanın barmaqları" da adlandırırlar.

Həmin göbələk Britaniyada sonuncu dəfə 1999-cu ildə tapılıb.

Arçera quruluşundan açıq pəncəyə bənzəyir. Üzəri tünd seliklə örtülən bu bitkidən cürük ət qoxusu gəlir, çünki Anturus ölü və çürümüş toxumlarla qidalanır: bu. tökülmüş yarpaqlar və köhnə ağac kötükləri də ola bilər.

Göbələklərin özünəməxsus qoxusu onun toxumlarını yayan milçəkləri cəlb edir.

Lakin, qeyd edək ki, qorxunc görünüşünə və qidalanma metoduna baxmayaraq, Anturus zəhərli deyil və insanlar üçün zərərsizdir. Onun "qohumları" hətta bir çox ölkələrdə delikates hesab olunur.

big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31