Bir butulka içkiyə 2 milyon dollar verdilər

Bir butulka içkiyə 2 milyon dollar verdilər

"Sothebychr("39")s" hərraac evi yeni dünya rekordu vurub. Bir butulka viski - "Macallan" 2 milyon dollara satılıb. "Macallan Single Malt" viskisini amerikalı kolleksiyaçı satışa çıxarıb. Bu içki üçün alıcısı 1,5 milyon funt sterlinq pul ödəyib. Onun kimliyi açıqlanmır.

İçki 1926-cı ildə hazırlanıb. Onun sərtliyi 42,6 faizdir. Bu eyni çəlləkdən çəkilən 40 butılkadan biridir. İlk butılkalar 80-cı illərin sonlarında satılıb. O vaxt qiymət 1 litrə görə 20 min funt civarında olub.

Eyni buraxılışdan olan son butılka ötən il satışa çıxarılmış və 1,2 milyon funta satılmışdı.

istipress.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31