“Bir-birimizi görməyəndə qudururuq” - 83 yaşlı aktrisayla evlənən gənc

“Bir-birimizi görməyəndə qudururuq” - 83 yaşlı aktrisayla evlənən gənc

"Yeşilçam"ın 83 yaşlı ulduzu Gönül Yazarın özündən 32 yaş kiçik sevgilisi Rüzgar Mağden "2.Sayfa" proqramında qonaq olub.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa ilə yaşadığı eşqdən danışan Rüzgar ona hələ uşaqlıqdan aşiq olduğunu deyib:

""Tacsız kral" filmini izləyərkən rəhmətli anama "Mən Gönül Yazarla evlənəcəm" dedim. O vaxt hələ orta məktəb şagirdi idim. O, həmişə mənim ağlımda olub. Partilərin birində Gönül Yazarı görəndə gedib əlini sıxdım. Gönül həmin vaxt mənə diqqət göstərmədi".

Rüzgar sevgilisi ilə bir-birlərini görməyəndə çox darıxdıqlarını bildirib:

"Bir-birimizdən ayrı qalanda qudururuq. Qısqancam. Gönülün səhifəsinə çox səviyyəsiz insanlar yazır. Onları əngəlləyirəm. İlk davamız da qısqanclıq üzündən olub. Başqalarının Gönülə baxmasından narahat oluram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31