Rusiya İrəvana yeni hərbi müqavilə imzalatdıracaq

Rusiya İrəvana yeni hərbi müqavilə imzalatdıracaq

Ermənistan və Rusiya arasında 2020-ci ilin fevralında 102-ci baza ilə bağlı müqavilə imzalanacaq.

Bu məlumatı "Jamanak" qəzeti yayıb. Məlumata görə, yeni müqavilə bazanın potensialının iki dəfə artırılması ilə əlaqədar olacaq. Müqavilə Paşinyanın Moskvaya səfəri zamanı imzalanacaq.

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə naziri Sergey Şoyqunun Gümrüyə səfəri zamanı 102-ci bazanın potensialının iki dəfə artırılacağı bildirilmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31