Suriyada türk hərbçisi şəhid oldu
Suriyada türk hərbçisi şəhid oldu
1 Noyabr 2019 14:25 DünyaTürkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi "Sülh çeşməsi" antiterror əməliyyatında iştirak edən hərbçilərdən biri şəhid olub, altısı yaralanıb.
Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadla xəbər verilir ki, hadisə terrorçuların əvvəlcədən basdırdıqları partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Türkiyə Hərbi Hava Qüvvələri isə İraqın şimalında Kandil və Haftanin bölgələrində terror düşərgələrinə qarşı daha bir uğurlu əməliyyat keçiriblər.
Dəqiq aviazərbələr nəticəsində üç nəfər PKK terrorçusu məhv edilib.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31