Trampın Rusiyadakı müşaviri istefaya gedir
Trampın Rusiyadakı müşaviri istefaya gedir
31 Oktyabr 2019 13:08 DünyaABŞ Prezidentinin Avropa və Rusiya məsələləri üzrə xüsusi müşaviri Tim Morrison qısa müddətdə vəzifəsini tərk edəcək.
Bu barədə "National Public Radio" ABŞ Prezident Administrasiyasının yüksək səviyyəli məmuruna istinadən məlumat yayıb.
Güman edilir ki, onun yerinə Yaxın Şərq İşləri Bürosunda dövlət katibinin İraq və İran üzrə köməkçisinin müavini olan Endryu Pik təyin ediləcək.
Morrison ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar davam edən istintaqın bir hissəsi olaraq 1 noyabrda Nümayəndələr Palatasının komitələrinə ifadə verəcək.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31