Fəxrəddin Altun: “Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir və oxşar qruplar tərəfindən dəstəklənir”
Fəxrəddin Altun: “Bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir və oxşar qruplar tərəfindən dəstəklənir”
31 Oktyabr 2019 11:47 Dünya"Beynəlxalq ictimaiyyət bu müharibə cinayətinə səssiz qalarkən, kürd və türk analar PKK/YPG-nin onlarca uşağı terror teşkilatına cəlb etməsinə qarşı çıxış edir.
Onilliklər boyu davam edən PKK / YPG zorakılığının və uşaqların təşkilata cəlb edilməsinin ən böyük qurbanları arasında kürd analar var! Onlar cəzalandırılmaqdan qorxaraq susurdular. Onlar artıq danışmaqdan qorxmurlar! Yetər deyirlər!"
Olaylar.az bildirir ki, bu fikirləri Türkiyə Prezident Administratsiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun tvitter səhifəsində qeyd edib.
Onun sözlərinə görə bütün terror təşkilatları bənzər cəlb etmə üsullarından istifadə edir və oxşar qruplar tərəfindən dəstəklənir: "Onlar ən çox dinc sakinlərə zülm edirlər. Bu analar övladlarının geri qayıtmasını istəyirlər. Beynəlxalq ictimaiyyət bunu dinləyəcəkmi?"