Trampın qalmaqallı telefon söhbəti... – Ağ Evin əməkdaşı ifadə verdi

Trampın qalmaqallı telefon söhbəti... – Ağ Evin əməkdaşı ifadə verdi

ABŞ Prezidenti Donald Trampın impiçmet proseduruna səbəb olan "Ukrayna araşdırması" çərçivəsində ilk dəfə Ağ Evin əməkdaşı Konqresdə ifadə verib.

Olaylar.az  xəbər verir ki, Prezident Trampın milli təhlükəsizlik qrupunda yer alan Aleksandr Vindman Donald Trampın Ukrayna lideri Zelenski ilə avqustun 25-də etdiyi telefon söhbətini şəxsən dinləyib və durumla bağlı qayğılarını iki dəfə Milli Təhlükəsizlik Müşavirliyinə çatdırıb.

Aleksandr Vindman bildirib ki, xarici ölkədən ABŞ vətəndaşı (Con Bayden oğlu nəzərdə tutulur-red.) barədə araşdırma aparılmasını tələb etmək doğru deyil.

Zabit eyni zamanda Ağ Evin Tramp-Zelenski telefon danışığının stenoqramının yayıldığını, amma önəmli ifadələrin stenoqramdan çıxarıldığını da iddia edib.

Qeyd edək ki, Trampla Zelenski arasında baş tutan söhbətdə ABŞ liderinin seçkilərdə ona rəqib olacaq Con Baydenin oğlunun Ukraynadakı fəaliyyətini araşdırmaq üçün Ukrayna prezidentinə təzyiqlər göstərdiyi iddia olunur.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31