Pakistanda qatarda faciə: 62 ölü - Video

Pakistanda qatarda faciə: 62 ölü - Video

Pakistanda Pəncab bölgəsində sərnişin qatarında baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Bu barədə Geo TV yerli polis orqanlarına istinadən informasiya yayıb.

Pakistanın Dəmir Yolları naziri Şeyx Rəşidin sözlərinə görə, həlak olanların əksəriyyəti yanğın zamanı qatardan tullanmaq istəyən sərnişinlər olub.

Xatırladaq ki, ötən gün Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edən qatarda partlayış baş verib. Partlayışa səbəb sərnişinlərdən birinin istifadə etdiyi qaz balonu olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31