Rusiyada yanğınsöndürən avtobusla toqquşdu - 17 yaralı - VİDEO
Rusiyada yanğınsöndürən avtobusla toqquşdu - 17 yaralı - VİDEO
30 Oktyabr 2019 18:56 DünyaRusiyanın Tomsk şəhərində yanğınsöndürən maşın sərnişin avtobusu ilə toqquşub.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nəticədə 17 nəfər yaralanıb. Onlardan 2-si azyaşlıdır. Yaralılardan 14-ü xəstəxanaya yerləşdirilib, 3-nə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Rusiya İstintaq Komitəsi faktı araşdırır. Hadisə yerində kriminalistlər və müstəntiqlər çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31