Atambayevin müşaviri həbs edildi
Atambayevin müşaviri həbs edildi
30 Oktyabr 2019 17:14 DünyaQırğızıstanın eks-prezidenti Almazbek Atambayevin sabiq müşaviri İkramjan İlmiyanov yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İlmiyanov barəsində həmçinin, məhkəmə 160 min som yaxud 2,3 min ABŞ dolları cərimə və əmlakının müsadirə olunması barədə qərar çıxarıb.
İlmiyanov vergidən yayınma cinayət işinə xitam verməyə kömək etdiyinə görə "Dizel Komplekt" şirkətindən 150 min dollar rüşvət almaqda ittiham edilir. Məhkəmədə şahid kimi ifadə verən Çınıbek Anarbek bu pulu "Dizel Komplekt" şirkətindən şəxsən aldığını və ittiham olunan şəxsə verdiyini deyib. İlmiyanov son sözündə "Dizel Komplekt"lə əlaqəli olan iki nəfər ona qarşı ərizə verib. İlmiyanov, işlə əlaqədar ümumilikdə 30 şahidin iştirak etdiyini, yalnız Çınıbek Anarbek uulunun ona qarşı ifadə verməyə razı olduğunu bildirib. Keçmiş prezident müşaviri onun əleyhinə verilmiş ifadələrini yalan adlandırıb.
Cebhe.info