Ukrayna qoşunları və separatçılar ölkənin şərqindən geri çəkilməyə başlayıb

Ukrayna qoşunları və separatçılar ölkənin şərqindən geri çəkilməyə başlayıb

Almaniya və Fransanın vasitəçiliyi ilə silahlı qüvvələrin geri çəkilməsi Ukrayna və Rusiyanın sülh danışıqlarına başlaması üçün ilk addım idi.

Bir çox ekspert Rusiya və Ukrayna prezidentlərinin noyabrda keçiriləcək sammitindən əvvəl atılan bu addımı bölgədə davamlı atəşkəsə aparan yolda vacib mərhələ kimi qiymətləndirir.

Tərəflərin Almaniya və Fransa vasitəsilə "Normandiya Formatı" çərçivəsində görüşəcəyi gözlənilir. Sülh danışıqlarının başlamasının şərtlərindən biri də separatçılara Ukrayna konstitusiyasına uyğun olaraq ədalətli və müstəqil seçki keçirəcəkləri təqdirdə onlara xüsusi inzibati status verilməsidir. Ukrayna, Rusiya və separatçılar ilkin olaraq bu şərtlə razılaşıblar.

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31