Rusiya ilk dəfə “Bulava” ballistik raketlərini sınaqdan keçirib

Rusiya ilk dəfə “Bulava” ballistik raketlərini sınaqdan keçirib

Rusiya "Borey" sinfinə məxsus nüvə enerjili "Knyaz Vladimir" sualtı qayığı ilə daşınan "Bulava" ballistik raketini ilk dəfə sınaqdan keçirib.

Bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raket Ağ dənizdən Uzaq Şərqdə yerləşən Kamçatka yarımadasındakı Kura poliqonuna doğru atılıb.

Qeyd edək ki, "Knyaz Vladimir" Rusiya Donanmasındakı dördüncü "Borey" sualtı qayığıdır. Bundan başqa 3 sualtı qayıq - "Yuri Dolqoruki", "Aleksandr Nevski" və "Vladimir Monomax" "Bulava" ballistik raketləri ilə təchiz olunub.

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31