Sərvəti ilə lovğalanmaq milyarderə baha başa gəldi
30 Oktyabr 2019 16:13 DünyaRusiyalı milyarder, PİK şirkətlər qrupunun rəhbəri Sergey Qordeyev Venesiyada memarlıq biyenellası günlərində sənətşünasla mərcdə bir milyon dollar uduzub.
Bu barədə AzNews.az "Forbes"ə istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, biznesmen gecənin ən zəngin qonağı olduğunu bildirib. Lakin məlum olub ki, qonaqların arasında ondan daha zəngin olan Abu-Dabinin şeyxi olub.
"Forbes" qeyd edir ki, Qordeyev və həmin vaxt Guqqenhaym Fondunun Avropa və Yaxın Şərqdə korporativ inkişafı üzrə direktoru Nikolas İlyin arasında mərc bir neçə il əvvəl baş tutmuşdu. Mərc haqqında hazırda Dövlət Ermitajının direktorunun müşaviri olan İlyin danışıb.
Onun sözlərinə əsasən, Qordeyev sərxoş idi. O, İlyinə köhnə "Nokia" telefonunun ekranında malik olduğu "incəsənət əsərləri"ni göstərirdi, sonra isə bildirib ki, dəvət olunmuş qonaqların arasında ən zənginidir. Sənətşünas şahidlərin qarşısında bunun belə olmadığını bildirib və milyon dollarlıq mərcə girməyi təklif edib. Qordeyev onda arxada oturan Abu-Dabi şeyxini görmədiyi üçün nəticədə, İlyin mərci udub. Pullar fondun hesabına bir həftə sonra daxil olub.
Əhvalatı iki şahid təsdiqləsə də, PİK qrupunun mətbuat xidməti Qordeyevin başına belə bir qəzanın gəldiyini təsdiqləməyib.