Rusiya dünyada analoqu olmayan gəmi inşa edir – Admiral

Rusiya dünyada analoqu olmayan gəmi inşa edir – Admiral

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Nikolay Yevmenov uzaq dəniz zonası üçün bir neçə çoxməqsədli freqat və böyük desant gəmiləri, həmçinin, dünyada analoqu olmayan minadan müdafiə gəmiləri inşa edildiyini söyləyib.

Olaylar.az  xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin "Krasnaya Zvezda" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, böyük desant gəmiləri və çoxməqsədli freqatlar Baltik dənizi sahilində yerləşən "Yantar" gəmiqayırma zavodunda inşa olunur: "Orta-Nevsk gəmiqayırma zavodunda isə dünyada analoqu olmayan ən yeni minadan müdafiə gəmiləri hazırlanır".

Admiral qeyd edib ki, bu gəmilər gücünün daha çox olması, manevr qabiliyyəti və salamat qalması ilə xarakterizə olunur. O, həmçinin, Sankt-Peterburq və Tatarıstanda 22800 layihəsi üzrə kiçik raket gəmilərinin aktiv inşasının həyata keçirildiyini də bildirib.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31