Dünyanın ən yaşlı sakini vəfat etdi - Foto
Dünyanın ən yaşlı sakini vəfat etdi - Foto
30 Oktyabr 2019 14:42 DünyaHəştərxan vilayətinin Krasnoyarsk rayonunda yaşayan dünyanın ən yaşlı sakini, milliyyətcə qazax Tənzilə Bisembeyeva 123 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Krasnoyarsk rayonunun başçısı Nurqali Baytemirov bildirib.
"Tənzilə Bisembeyeva vəfat etdi, dəfn edildi, o, 124 yaşında idi", - deyə Baytemirov bildirib.
Onun sözlərinə görə, Bisembeyeva hörmətli və sevilən idi, o, son mənzilə bütün kənd tərəfindən yola salınıb.
Uzun ömür sürən qadının qardaşı Şintas Bisembeyev bildirib ki, Tənzilə son vaxtlar küçəyə çıxmırdı, az danışırdı və çox yatırdı. Onun sözlərinə görə, qadın oktyabrın 26-da dəfn olunub.
Ginnesin Rekordlar Kitabına görə, Bisimbeyeva 21 yanvar 2019-cu ildə dünyanın ən yaşlı sakini olaraq tanınıb.
Yanvar ayında ən yaşlı rusiyalı qadın Koka İstambulova 130 yaşında Çeçenistanda vəfat etmişdi.

teleqraf.com