Yeni prezident TƏSDİQLƏDİ: Folklend...
Yeni prezident TƏSDİQLƏDİ: Folklend...
30 Oktyabr 2019 14:29 DünyaArgentinanın yeni prezidenti Folklendə olan iddiaları təsdiqləyib.
Alberto Fernandes Böyük Britaniyanın baş naziri Boris Consona təbrikə görə minnətdarlığını bildirərək qeyd edib ki, mübahisəli Malvin adalarına olan iddiaları qüvvədədir:
"Təbrikə görə B.Consona təşəkkür edirəm. Hesab edirəm ki, Argentina- Britaniya münasibətləri daha da artmalıdır", - deyə Twitter hesabında yazıb.
Argentina prezidenti digər həmkarlarına da təbrik üçün minnətdarlığını ifadə edib. ABŞ-ın dövlət katibi Mayk Pompeoya isə Argentina-ABŞ münasibətlərinin hörmət və qarşılıqı anlaşma şəklində daha da inkişafını arzulayıb.
Xatırladaq ki, müxalifətdən olan Alberto Fernandes 27 oktyabrda keçirilən seçkilərin qalibi olub. Eks-prezident Maurisio Makri də onu qələbə münasibətilə təbrik edib.
publika.az