“Soyqırım”a səs verməyən konqresmen tənqid edildi - CNN-ə bu haqda açıqlama göndərdi

“Soyqırım”a səs verməyən konqresmen tənqid edildi - CNN-ə bu haqda açıqlama göndərdi

O, bitərəf qalmasının səbəblərini izah edib

ABŞ-ın Nümayəndələr Palatasından qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinə səs verməyənlər sırasında Konqresin ilk müsəlman təmsilçisi İlhan Ömər də yer alıb.

Ömərin bu mövqeyindən sonra ona qarşı kəskin tənqidlər səslənib. Nəticədə Ömər CNN-ə yazılı açıqlama göndərərək, bitərəf qalmasının səbəblərini izah edib.

Ömər açıqlamasında "soyqırım"ın siyasi savaşda dəyənək olaraq istifadə edilməsinə qarşı olduğunu bildirib. Bununla belə o, "erməni soyqırımı"na Holokostla eyni yanaşdığını bildirib və ikisini də mənfur adlandırıb. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31