Puşkinin mənzili satışa çıxarıldı: “Kapitan qızı”ndan qalan yadigar
Puşkinin mənzili satışa çıxarıldı: “Kapitan qızı”ndan qalan yadigar
30 Oktyabr 2019 12:44 DünyaGörkəmli rus şairi Puşkinin Sankt-Peterburqdakı mənzili satışa çıxarılıb.
Olaylar.az xəbər verir ki, bu mənzil Puşkinin bir sıra məşhur əsərlərini, o cümlədən "Kapitan qızı"nı yazdığı mənzildir. Puşkin bu mənzildə 1834-36-cı illərdə yaşayıb, ümumilikdə binanın ikinci mərtəbəsi ona məxsus olub. Hazırda satışa sahəsi 100 kvm olan 3 otaqlı mənzil təqdim olunub. Mənzildə iki sanitar qovşaq var, tavanın hündürlüyü isə 4,5 metrdir. Pəncərələrindən biri şəhərin qədim hissəsinə açılır.
Bir zamanlar Puşkinin yaşadığı bu mənzil şəxsi mülkiyyətdə qalan az sayda tarixi binalardan biridir. Məhz bu mənzildə Puşkinin oğlu Georgi dünyaya gəlib.
Xatırladaq ki, bundan əvvəl Peterburqda Maksim Qorkinin yaşadığı ev satışa çıxarılmış və cəmi bir neçə saatda müştərisi tapılmışdı.
Cebhe.info