Qalstukundan tutan siyasətçinin üzünə yumruq vurdu - Video
Qalstukundan tutan siyasətçinin üzünə yumruq vurdu - Video
29 Oktyabr 2019 16:59 DünyaRus jurnalistin aparıcılığını etdiyi "Vladimir Solovyovla bazar axşamları" teleproqramında ukraynalı siyasətçilər Aleksandr Semçenkov ilə Vasil Vakarov arasında dava olub.
Münaqişə reklam fasiləsi zamanı baş verib. Kadrlarda Semçenkovun Vakarovun qalstukundan yapışdığı, onun isə qarşı tərəfin üzünə yumruq zərbəsi vurduğu görünür.
Tərəfləri aparıcı, çəkiliş qrupu və təhlükəsizlik işçiləri ayırmalı olub.
Qeyd edək ki, Rusiya televiziyalarında ukraynalı mütəxəssislərin çıxışı tez-tez qalmaqala çevrilir. Belə ki, bir neçə gün əvvəl "Ukraynanın Avropa Hərəkatı" təşkilatının sədri Vadim Tryuxhan "60 dəqiqə" adlı televiziya proqramının studiyasından qovulub.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31