Nazir səhnədə yıxıldı - Xəstəxanaya çatdırıldı
Nazir səhnədə yıxıldı - Xəstəxanaya çatdırıldı
29 Oktyabr 2019 16:00 DünyaAlmaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal texnologiya mövzusunda konfransda çıxış etdikdən sonra büdrəyərək səhnədən aşağı yıxılıb.
TASS-a istinadən xəbər verir ki, nazir dərhal xəstəxanaya çatdırılıb.
Yerə yıxıldıqdan sonra nazir özü sərbəst ayağa qalxa bilməyib, onu müayinə etmək üçün həkimlər çağrılıb, konfrans iştirakçılarından isə zalı tərk etmələri xahiş olunub. Nazirin aldığı xəsarətlərin xarakteri barədə məlumat verilməyib.
Hazırda nazirin huşu yerindədir.(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31