Məktəbin idman zalında 16 yaşlı qıza əxlaqsız videolar göstərdi...- VİDEO
Məktəbin idman zalında 16 yaşlı qıza əxlaqsız videolar göstərdi...- VİDEO
29 Oktyabr 2019 14:40 DünyaTürkiyənin Konya şəhərində məktəbli qızlara təcavüz etdiyi iddia olunan və nəzarətə götürülüb, sonradan sərbəst buraxılan 26 yaşlı Mehmet E-nin 9 ay öncə təcavüz etdiyi 11-ci sinif şagirdi 16 yaşlı S.Ö-nün polisə verdiyi ifadəsi ortaya çıxıb.
"İdman zalındakı kompüterin qarşısında oturduğum zaman məktəbin Gökhan adlı işçisi gəldi. Qulaqları eşitmədiyi və danışa bilmədiyi üçün hər kəs ona yardım edirdi. Mənə başa düşə bilməyəcəyim şeylər dedi. Sonra telefonunu çıxardı və mənə cinsi əlaqə məzmunlu video izlətdi. Həmin dəqiqə oradan uzaqlaşdım və bundan utandığım üçün heç kimə bu haqda danışmadım. Bir həftə sonra hadisəni bəzi dostlarıma danışdım. Dostlarım da məktəb direktoruna deyib. Direktor məni yanına çağırdı. Mən də hadisəni ona danışdım. İdman müəllimimiz hadisəni eşitdikdə Mehmet E-nin telefonuna baxıbmış. Müəllim Mehmet E-nin telefonunda mənə göstərdiyi video və lüt şəkilləri görüb", - deyə S.Ö. bildirib.
Məktəbli qız ifadəsində Mehmet E-nin hadisədən sonra təxminən 2 ay müddətində məktəbə gəlmədiyini qeyd edib:
"Məktəb iki növbəlidir, mən səhər növbəsiyəm. Mehmet E. səhərlər gəlmirdi. Bir gün kurs üçün günortadan sonra məktəbdə qaldığımda Mehmet E-nin gəldiyini gördüm. Məni hər gördüyündə gülürdü.
Mənə fiziki təcavüz etməyib, amma cinsi əlaqə məzmunlu videolar göstərib.Şikayətçiyəm".
Mehmet E. isə polisə verdiyi ifadəsində haqqında deyilənlərlə razılaşmayıb.
O, məhkəmə nəzarət qərarı ilə sərbəst buraxılıb.
AzNews.az