Rusiyada komsomolun yenidən yaradılması təklif olunur

Rusiyada komsomolun yenidən yaradılması təklif olunur

Rusiyada komsomolun yenidən yaradılması təklif olunub.

"RİA Novosti"yə danışan siyasətçilər komsomolun ideoloji təşkilatdan effektiv idarəçilərin hazırlığına hədəflənən və gənclərin özünü reallaşdırmasına yardım edəcək meydana çevrilməsini istəyiblər.

Kommunist Partiyasından olan deputat Nikolay Kolomoyçev Rusiyada komsomolun yenidən yaradılmasının ölkənin ehtiyacı olan effektiv idarəçilərin hazırlığı problemini həll edəcəyini bildirib.

Qeyd edək ki, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı 1918-ci ildə yaradılıb. Bu, SSRİ-də yeganə siyasi gənclər təşkilat olub. Təşkilata Leninin adı 1924-cü ildə verilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31