ABŞ əsgərlərinə bombalı hücum: yaralı var

ABŞ əsgərlərinə bombalı hücum: yaralı var

Əfqanıstanın Qəndahar bölgəsində ABŞ qoşunlarına hücum olub.

Yol kənarına yerləşdirilən bomba ABŞ əsgərlərindən ibarət patrul xidmətin keçdiyi vaxtda partlayıb və nəticədə 1 nəfər yaralanıb.

Yaralı əsgər Qəndahardakı NATO xəstəxanasına yerləşdirilib.

Hücumun məsuliyyətini "Taliban" qruplaşması öz üzərinə götürüb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31