Dünyanın ən dəhşətli evi – Çıxışı tapana 20 min mükafat (FOTOLAR)
Dünyanın ən dəhşətli evi – Çıxışı tapana 20 min mükafat (FOTOLAR)
29 Oktyabr 2019 13:37 DünyaABŞ-da dünyanın ən dəhşətli "qorxu evi"ndə , 10 saatlıq turu tamamlayıb, çıxışı tapan oyunçuya təxminən 20 min dollar dəyərində mükafat verilir. Ancaq indiyə qədər heç kim bu mükafatı ala bilməyib.
Olaylar.az bildirir ki, Tennesi şatatında "dünyanın ən dəhşətli evi" adlanan bu yerə daxil olmaq üçün 21 yaşında olmalı və ev sahibi Russ McKamey-in itləri üçün yemək almalısınız.
Lakin bu evə girmək o qədər asan deyil. Belə ki, evə daxil olmadan əvvəl idman və fitness testinə girmək tələb edilir. Daha sonra 40 səhifəlik razılıq mətni oxunub imzalanmalıdır.
Tibbi sığorta olmadığı təqdirdə həkim müayinəsindən keçmək şərtdir.
Oyun başlamazdan əvvəl oyunçulara əvvəllər evdən giriş cəhdi uğursuz olan insanların şəkilləri göstərilir.
Evdə nəm bir mühit, fiziki cəhətdən aqressiv hərəkətlər, müxtəlif canlılarla sıx əlaqə, səssiz və vizual effektlər yer alır.
Tamamlanması üçün 10 saat çəkən "Yalnızlıq" adlı turda oyunçuyla əlaqə quran aktyorlara cavab vermək qəti qadağandır.
Bu günə qədər heç bir oyunçu 10 saatlıq turu uğurla başa vurub çıxış qapısını tapa bilməyib.







