Stiven Siqal Moskavada malikanə aldı

Stiven Siqal Moskavada malikanə aldı

Dünya şöhrətli amerikalı aktyor Stiven Siqal Moskavada ən bahalı ərazi hesab edilən Rublyovkada malikanə alıb.

Rusiya vətəndaşlığı alan  Moskva ətrafında Ucovo Odinçovski kəndində (yerli əhali buranı Rublyovka adlandırır) villa alıb.

Təkcə hamamı 129 kbadratmetr olan villanın ümumi sahəsi 400 kv.m-dır. Məhşur aktyor bu villanı 2018-ci ildə alıb. Aktyor hazırda Aikido Ten Shin Dojo ticarət nişanının aldığı həmin evdə qeydiyyatdam keçirməyə hazırlaşır.

Aktyorun aldığı ev əvəllər  Dövlət Dumasının deputatı, hazırda Rusiya Dövlət sirkinin rəhbəri  Vladimir Şemyakinə məxsus olub. Siqal aldığı ərazidə Rusiya prezidentinin də  rezidensiyasının olduğu bildirilir.

Qeyd edək ki, Siqal 2016-ci ildə Rusiya vətəndaşlığını alıb və ona pasportu şəxsən Putin özü təqdim edib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31