Türkiyədə daha bir bələdiyyə sədri qəyyumla əvəzləndi
Türkiyədə daha bir bələdiyyə sədri qəyyumla əvəzləndi
29 Oktyabr 2019 12:59 DünyaBarəsində terrorçulara dəstək ittihamı ilə cinayət işi açılmış Türkiyənin Şırnak bələdiyyəsinin Xalqların Birliyi Partiyasından (HDP) olan bələdiyyə sədri Mehmet Zırığ vəzifəsindən azad edilib.
Olaylar.az xəbər verir ki, HDP-li bələdiyyə sədrinin yerinə qəyyum təyin edilib. Bu, kaymakam vəzifəsində işləyən Davud Sinanoğludur. Mehmet Zırığa bu xəbəri bələdiyyə idarəsinə gələn polis əməkdaşları verib.
Bununla da vəzifədən çıxarılan və yerinə qəyyum təyin edilən HDP-li bələdiyyə sədrlərinin sayı 13-ə çatıb.
Cebhe.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31