Türkiyənin müttəfiqi ağır itki verdi: 118 ölü, 417 yaralı
Türkiyənin müttəfiqi ağır itki verdi: 118 ölü, 417 yaralı
29 Oktyabr 2019 12:57 Dünya"Sülh çeşməsi" əməliyyatında Türkiyənin müttəfiqi olan Suriya Milli Ordusunun itkiləri açıqlanıb.
Olaylar.az xəbər verir ki, SMO-nun oktyabrın 9-dan bu yana 118 əsgərini itirdiyi, 417 əsgərinin isə yaralandığı qeyd olunub.
Məlumata görə, hazırda "Sülh çeşməsi"nə dəstək verən SMO dəstələri bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün axtarış fəaliyyətlərini icra edir. YPG-PKK terrorçuları isə Suriya Milli Ordusuna tez-tez atəş açır, yaşayış ərazilərində partlayışlar törətməklə Türkiyənin müttəfiqinə qarşı mübarizə aparır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31