Bağdadini bu it tutub: Trampdan şübhəli paylaşım

Bağdadini bu it tutub: Trampdan şübhəli paylaşım

ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadiyə qarşı əməliyyatda iştirak edən itin fotosunu yayıb.

Sosial şəbəkə hesabında fotonu paylaşan Tramp bununla özünə reytinq qazanmağa çalışır.

Trampdan əvvəl Pentaqon əməliyyatda Belçika köpəyinin də iştirak etdiyini və yaralandığını bildirsə də, digər məlumatları açıqlamamışdı. İndi isə Tramp bütün qadağalara baxmayaraq, itin fotosunu yayıb. Bu, Trampın paylaşdığı fotonun əməliyyat iştirakçı olan itə məxsus olması barədə şübhələr yaradıb.

Xatırladaq ki, Bağdadi qaçmaq istəyərkən özünü və 3 övladını partladıb. Tramp əməliyyatı şəxsən izlədiyini bildirib.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31